“Erməni tərəfi xeyli sayda verdiyi itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır. Qoşunların təmas xəttində düşmənin aktivliyi Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır”.
APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayətkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcəkdir”, məlumatda deyilir.
Məlumatda vurğulanır ki, cəbhədə davam edən gərginliyin məsuliyyəti birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyinin üzərinə düşür.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









