
“Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə malik olan zəngin təbii sərvətləri var. Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər – iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır”.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.
Nazir bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur. Dəniz səviyyəsi son 5 il ərzində 69, son 10 ildə isə 114 santimetr enib.
“Məlum olduğu kimi, 2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Zirvə toplantısı zamanı Xəzəryanı ölkələrin dövlət başçıları bu çağırışdan narahat olduqlarını bildiriblər. Toplantıda bu problemin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan tərəfi həmin problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sevindirici haldır ki, Xəzəryanı ölkələr də həmin təşəbbüsə qoşulublar.
Ekspert qrupunun əsas məqsədi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərin tədqiqi, bu mühüm su hövzəsinin davamlı idarə olunması üçün tövsiyələrin formalaşdırılmasıdır”, – deyə M.Babayev qeyd edib.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib











