Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, antik eksponatlar Şəmkir-Qaracəmirli beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, professor İ.Babayev tərəfindən arxeoloji qazıntılar zamanı tapılıb. Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntılar Almaniyadan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkar edilib. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanıb. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir. Əldə edilən bir sıra tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna təhvil verilib. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, tunc silah, bəzək əşyaları və s. tapılıb. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Buraya kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər və s. daxildir. Antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC



















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










