
“National Geographic” özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb.
AZƏRTAC xəbər verir ki, “National Geographic”in paylaşımında bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.
Paylaşımda diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatdı. Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytardı.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











