20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəş vəfat edib. diaspora.gov.az portalının məlumatına görə, neçə vaxtdır ağır xəstəlikdən əziyyət çəkən Gülşən Kazımova-Atəş bu gecə Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn ediləcək.
1961-ci il noyabrın 8-də Bakı şəhərində anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü idi. Hollandiyada tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı ölkə ictimaiyyəti və mətbuatında tanınırdı. Gülşən Kazımova-Atəş 2006-cı ildə Niderlandda nəşr edilmiş “Nəslimizin qızları” adlı kitabına görə 2009-cu ildə Rusiyada keçirilən ədəbiyyat müsabiqəsində ilk yeri qazanmışdı.
Niderlandda fəal diaspor nümayəndəsi kimi tanınan Gülşən xanım Avropadakı azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü ildə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyini yaratmışdı. O, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işcisi” fəxri adına layiq görülüb. 2014-cü ildə isə Haaqada yazıçının yaradıcılıq gecəsi keçirilib.
Niderlanddakı Azərbaycan diasporunun görkəmli nümayəndəsi olan Gülşən Kazımova-Atəşin xatirəsi hər zaman soydaşlarımızın qəlbində yaşayacaq.
Allah rəhmət etsin!
diaspora.gov.az
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









