
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Oğuz rayonunda şəhid Elman Babayevin atası Telman Babayev, şəhid Anar Əliyevin həyat yoldaşı Günel Əliyeva, şəhid Mayıl İbrahimovun atası Nəriman İbrahimov, şəhid Səfa İsazadənin qardaşı Röyal İsazadə, şəhid Elşən Nuralıyevin atası Rövşən Nuralıyev, şəhid Süleyman Şirəlizadənin atası İlham Şirəliyev növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq, mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin ediliblər.
Qəbələ rayonunda şəhid Elvin Abdurəhmanovun atası Əbülfəz Abdurəhmanov, şəhid Çoşqun Bayramovun atası Dilbər Bayramov, şəhid Müşviq Üzeyirovun atası Qoşqar Üzeyirov və Vətən müharibəsində yaralanmış Tural Şirinov, Murad Baxışov, Zaur İsrafilov da özünüməşğulluq proqramına cəlb edilməklə aktivlər alıblar.
Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar.
Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









