
İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı”nda deyib.
O bildirib ki, KOBİA-nın əsas hədəflərindən biri də Qarabağda biznes sektorunun bərpasının dəstəklənməsidir: “İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digərlərdir. Bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir. Ona görə də, biz çinli sahibkarları bu sahədə fəal olmağa dəvət edirik”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









