
Peru Respublikasının Konqresi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.
Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










