İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.
Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











