
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edildi, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərindən sonra ölkələrimiz arasında əlaqələrdə yeni səhifənin açıldığı məmnunluqla vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışıldı.
Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparıldı.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











