Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, ölkəmizin ümumi inkişaf tempinə uyğun olaraq Qəbələ rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri davamlı xarakter alıb. Rayonun iqtisadiyyatı möhkəmlənir, kənd və qəsəbələr abadlaşır, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Qəbələdə 2003-cü ildən bəri məhsul buraxılışı 6,5 dəfə, sənaye 40,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 94,3 dəfə, tikinti-quraşdırma işləri 103,3 dəfə artıb, 21 min 531 yeni iş yeri açılıb. Respublikanın əsas turizm mərkəzlərindən biri olan bu rayonda sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Su, qaz, elektrik, yol təsərrüfatlarının yenilənməsi və müasirləşməsi prosesi davam edir.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









