
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olundu. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulandı. Bildirildi ki, görüş keçirildiyi vaxtda eyni zamanda Azərbaycan-Rusiya işgüzar dairələri arasında da danışıqlar davam edir.
Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu məsələləri geniş müzakirə olundu. Əminlik ifadə edildi ki, Azərbaycan-Rusiya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirdi.
Görüşdə o da qeyd olundu ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcəkdir.










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

