Dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Xatırladaq ki, dövlətimizin başçısının digər sərəncamları ilə Silahlı Qüvvələrimizin 33 hərbi qulluqçusu (3 nəfər ölümündən sonra) “Zəfər”, 204 nəfəri (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 82 hərbi qulluqçusuna, o cümlədən 2 general-leytenant, 2 general-mayor, 10 polkovnik və başqalarına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









