Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirdi. O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd etdi və eyni zamanda, bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu dedi. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirdi və eyni zamanda, bildirdi ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirdi.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olundu.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











