
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirildi.
Həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər – nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olundu.
Son Haylian Abşeron yarımadasında göllərin təmizlənməsi və bərpası ilə əlaqədar konseptual təkliflər təqdim edəcəklərini bildirdi.
Görüşdə dünyanın mühüm nəqliyyat qovşağına çevrilmiş Azərbaycanın nəqliyyat və tranzit potensialının daha da artırılması üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi aparıldı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











