Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. “Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”, – deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstəriləcək.
Azərbaycan Prezidenti Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










