Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer alması, Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılması, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmaması bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasını, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasını nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan icmasının aşıqlamasında bildirilib.
Qeyd olunub ki, “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” narrativi artıq heç Ermənistanın özü tərəfindən belə səsləndirilmir və bu mənada, Azərbaycan-Ermənistan məsələlərinə Fransanın gözü ilə baxan Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











