
Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.
Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Sonra rəsmi foto çəkdirildi.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











