
Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim heyəti 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə səfər ediblər.
Səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Səfər Zəngilan rayonu istiqamətində davam etdirilib, iştirakçılar şəhərdə yerləşən məscidi ziyarət ediblər. Ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan layihənin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











