
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-də TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki, TÜRKPA ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.
Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdə görülmüş işlər barədə məlumat verib.
Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın rolunu qeyd edən Qazaxıstan Prezidenti vurğulayıb ki, müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə və xalq diplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikal bir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyük əhəmiyyəti var.
“Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridə qoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik”, – deyən Kasım-Jomart Tokayev fikrini yekunlaşdırıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










