
Martın 24-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşıma həyata keçirən koloniyanın hərəkəti aşkar edilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd BTR-82A döyüş maşınının, Ermənistana məxsus 3 ədəd “KamAZ”a məxsus kölgəlik və yanacaq çəni olan “KamAZ” markalı avtomobilin hərəkəti Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Rusiya sülhməramlı kontingentinin həyata keçirdiyi bu cür fəaliyyətlər Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı öz vəzifələrinin yerinə yetirilməməsidir.
Öz vəzifə və öhdəliklərinə zidd olaraq canlı qüvvə, sursat, mina, habelə digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni birləşmələrinin sərbəst hərəkətinə şərait yaradılması kobud cinayətdir, əldə edilmiş razılaşmaların sülhməramlı kontingent tərəfindən pozulmasıdır. Belə hallar dərhal dayandırılmalıdır.
Belə mütəmadi olaraq həyata keçirilən qanunsuz fəaliyyətlər Azərbaycan-Ermənistan sərhədində Laçın yolunun sonunda Azərbaycan sərhəd-keçid məntəqəsinin və nəzarət məntəqəsinin yaradılmasının zəruriliyini nümayiş etdirir.
















Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib











