
Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır. Azərbaycan Qarabağda tarixi qələbəyə imza atdı və 30 illik işğala son verdi. Qarabağ zəfəri bölgədə qalıcı sabitliyin qapısını açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən əvvəl “Atatürk” hava limanında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Keçən il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradını xatırlayan Türkiyə Prezidenti deyib: “Bu dəfə zəfərin əldə edildiyi torpaqlara gedəcəyik. İnşallah, Şuşanı ziyarət edəcəyik. İyunun 16-da isə Azərbaycan Prezidenti İlham Əliyevlə milli futbol komandamızın “Uels”lə qarşılaşmasını izləyəcəyik”.
Prezident R.T.Ərdoğan ölkəsinin yalnız terrorla mübarizə aparmadığını, eyni zamanda, şərq-qərb istiqamətindən qeyri-qanuni miqrasiyanın da sıx bir təzyiqi ilə qarşılaşdığını bildirib: “Biz öz sərhədlərimizi qoruyarkən, NATO sərhədlərini də qoruyuruq. NATO-nun üzləşdiyi çətinliklər qarşısında etibarlı bir müttəfiq olaraq, kritik məsuliyyətləri öz üzərimizə götürdük və götürürük”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









