Xocalıda 29 il əvvəl vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm…
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter” sosial şəbəkə hesabında Xocalı soyqırımı qurbanlarına ehtiramı bu ifadə ilə başlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amansız bəşəri cinayətlə bağlı fikirlərini belə davam etdirib: “İllər keçsə də, acısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı bilmədən qəddarlıqla qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağılığı verirəm.
Bir millət, iki dövlətik…Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









