Rusiya yüksək səviyyədə üçtərəfli razılaşmaları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişə nail olmaq üçün əsas hesab edir.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə səsləndirib.
“Biz bütün istiqamətlər üzrə, o cümlədən nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri barədə Bakı və Yerevan ilə fəal iş aparırıq”, – deyən diplomat daha sonra əlavə edib ki, bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin RF Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşündə müzakirə edilib.
M.Zaxarova deyib: “Sərhəd məsələlərinə gəldikdə, bu həftə Bakıda XİN xətti üzrə əlaqələr planlaşdırılıb. Bu barədə məlumatı hökmən dərc edəcəyik”.
RF XİN-də vurğulayıblar ki, Bakının və Yerevanın qarşılıqlı addımlar atmağa hazır olması müşahidə olunur, yüksək səviyyədə əlaqələr üzərində iş gedir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










