İtaliyanın paytaxtı Roma şəhərində dünyanın 45 ölkəsindən gəlmiş 350 azərbaycanlı gəncin, eləcə də İtaliyanın aparıcı gənclər təşkilatlarını təmsil edən 20 gənc liderin iştirakı ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin (ASAIF) Beynəlxalq Forumu keçirilib.
Forum çərçivəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Layihələr Departamentinin rəhbəri Sevinc İskəndərova son illər ərzində “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası haqqında geniş təqdimatla çıxış edib.
İskəndərova öz çıxışında kampaniyanın əldə etdiyi uğurlardan bəhs edib, xüsusilə, xaricdə təhsil alan azərbaycanlı gəncləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və kampaniyanın işində fəal olmağa çağırıb.
“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb, hazırda dünyanın 35-dən çox ölkəsində faciənin mənəvi və hüquqi-siyasi tanınmasına yönəldilib.
http://www.leyla-aliyeva.az/activity/209/romada-xocaliya-edalet-kampaniyasinin-teqdimati-kecirilib
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











