Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılması bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir. Biz Türkiyə Respublikası ilə, türk hərbçiləri ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malikik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edərkən bildirib.
Aleksandr Fomin deyib: “Atəşkəs rejiminə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması Rusiya və Türkiyənin Müdafiə nazirliklərinin sıx əməkdaşlığına və bölgədə sabit sülh üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Azərbaycan, bilavasitə dövlət başçısının rəhbərliyi ilə bu gözəl mərkəzin yaradılması və zəruri avadanlıqla təchiz olunması üçün çox böyük iş aparıb. Bu, bizim sülhməramlı fəaliyyətimizdə mahiyyətcə yeni mərhələdir”.
Rusiyanın Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduğunu vurğulayan Aleksandr Fomin qeyd edib ki, Suriya ərazisində münaqişədən sonrakı nizamlama prosesində qarşılıqlı əməkdaşlıq buna gözəl nümunədir.
Həm rusiyalı, həm də türk hərbçilərinə müraciət edən Aleksandr Fomin deyib: “Bu torpaqlarda sülhün bərqərar olması üçün bütün zəruri tədbirlərin nə dərəcədə sürətlə və etibarlı görülməsi indi sizdən asılıdır”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










