
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Gürcüstanın və Azərbaycanın müstəqilliyinə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərkəzin şagirdləri Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini səsləndiriblər. Sonra mərkəzin rəhbəri Raida Dərziyeva Azərbaycan və gürcü xalqlarının qədim dövlətçilik tarixi, müstəqillik uğrunda mübarizəsi və qazanılan uğurlar barədə ətraflı məlumat verib.
Daha sonra mərkəzin şagirdləri Azərbycan və gürcü dillərində şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
Tədbirdə Bəhram İsayev, Mədinə Həsənova, Svetlana İsayeva, Xalidə Qəribova və Vəfa Bayramova çıxış edərək müstəqillik, azadlıq və suverenliyin əhəmiyyətindən danışıb, hər iki xalqın nümayəndələrini bayram münasibətilə təbrik ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










