Azərbaycanda yanvarın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










