
Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiya Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri sentyabrın 28-də Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “Seçilmiş nümayəndələrə qarşı nifrət nitqi və zorakılıq təhdidləri” mövzusunda konfrans öncəsi müzakirələr keçirilib.
Sonra Parlament Sədrlərinin Avropa Konfransının açılış mərasimi olub. Mərasimdə İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail, Parlament Senatının sədri Cerri Buttimer, Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koks, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç və digərləri çıxış ediblər.
Qeyd edək ki, konfrans müxtəlif mövzularda çıxışlar və müzakirələrlə öz işini davam etdirir. Milli Məclisin sədri Sahibə Qafarovanın konfransda çıxışı nəzərdə tutulub.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










