Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində 03.11.2017-ci il tarixində Şamaxı rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Fondun prezidenti Şahin Camalov ilk növbədə gələn qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində “ELS” müstəqil araşdırmalar mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Şamaxı rayon polis şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun ispektoru Şaiq Qulamov gənclərin zərərli vərdişlərdən uzaqlaşdırması istiqamətində apardıqları profilaktik tədbirlər barədə geniş məlumat vermiş, sosial fəallığın artırılmasının vacibliyini bir daha vurğulamışdır. Daha sonra Şamaxı rayonu 10 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini K. Əliyev də zərərli vərdişlərlə mübarizə üçün gördükləri işlər barədə məlumat vermiş, sağlam həyat tərzinin təbliği istiqamətində cəmiyyət daxili maarifləndirmə işinin təşkilinin əhəmiyyətinə toxunmuşdur.
Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, rayon polis şöbəsinin əməkdaşları, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.
Mətbuat Xidməti
04.11.2017










        
        
        








                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
