Milli Məclisin deputatı Elxan Süleymanovun Şamaxıdakı qərargahında azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, AVCİYA-nın prezidenti, E.Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.
Saytın işinə məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə iştirakçıları tanış edib. Bildirilib ki, azərbaycanlıların məruz qaldıqları müdhiş faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının işçi dillərində də təqdim olunacaq. Saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni dövləti”, “Azərbaycanlıların departasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir ” və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə məlumat verilir. Orijinal “Zaman şəridi”, “Məktəblilər üçün sözlük” və virtual “Qarabağ ensiklopediyası” da tezliklə “1905.az” saytında təşkil olunacaq.
Sayt hələlik test formasında işləyir.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











