Prezidentin Mətbuat Xidmətinin məlumatı
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu.
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu.
İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.
İlk dəfədir Şuşada oluram və bu şəhərin timsalında özüm üçün bir yenilik kəşf etdim. Şuşa tarixi şəhər olmaqla bərabər möcüzəli məkandır və ona heyran qalmamaq mümkün deyil. AZƏRTAC xəbər verir ki, bunu iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında iştirak edən Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi … Continue reading Bulat Auelbaev: Azərbaycan Zəfəri ilə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırdı
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu gün Şuşada olmağımız təsadüfi deyil. Konfransın bu Zəfər şəhərində keçirilməsi qürurvericidir. Bu müqəddəs torpaq Şuşa Bəyannaməsinin imzalandığı şəhərdir. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
İyulun 2-də Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) 29-cu illik sessiyası çərçivəsində “İpək Yolu”na dəstək qrupunun (SRG) 7-ci iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və “İpək Yolu”na dəstək qrupunun sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.