Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 29 illik zaman ayırır. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Xalqımız artıq iki ildir bu günü qalib xalq kimi daha yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilməsi soyqırımın təşkilində günahlandırılan (erməni əsgərlərin cəlb olunması və silahla təmin edilməsi) İran əsilli Ermənistan vətəndaşı Viqen Patatanyan ABŞ-dan deportasiya edilərək Ermənistana göndərilib.
İyunun 14-də ADA Universitetində “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib, ölkəmizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri … Continue reading ADA Universitetində “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda beynəlxalq tədbir keçirilib