Ölkəmizdə səfərdə olan Polşa Seymindəki Polşa-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.
İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində təxminən 110 il bundan əvvəl Qarabağda, o cümlədən də Şuşa şəhərində ermənilər tərəfindən törədilən fitnə-fəsadı hərtərəfli təsvir etmişdir.