Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyub.
İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 221 nəfər müalicə olunaraq sağalıb, 32 yeni yoluxma faktı qeydə alınıb.
Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin ucaldılacaq heykəl kompozisiyasının eskizi hazırlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.