2021-ci il iyunun 1-də Füzuli şəhəri BMT qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri-hökumət təşkilatının üzvlüyünə qəbul edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Anatolian Phoenix-2021” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 462 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.