Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb, 426 yeni yoluxma faktı qeydə alınıb.
Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir. Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, musiqisinin, rəqslərinin nümayiş etdirildiyi çıxışlar bu ölkədə dini və etnik tolerantlığın necə yüksək səviyyədə qorunmasına dair mühüm ismarıcdır.