Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3086 yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb.
Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi Abşeron rayonunda əziz tutulur.