
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 121 yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 802 min 60 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 789 min 147 nəfər müalicə olunaraq sağalıb, 9 min 761 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 152 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 424, bu günə qədər isə ümumilikdə 7 milyon 72 min 185 test icra olunub.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











