Sosial şəbəkədə yaş qadağasının yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli deyib.
O qeyd edib ki, yoxlama və nəzarət zamanı bəzi öhdəliklər provayderlərin üzərində düşür.
“Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan “infinite scroll” və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi də qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim edilməlidir. Fərdi məlumatlar isə yalnız yaşın təsdiqi üçün istifadə olunmalı və yaşın uyğunluğu təsdiq edilmədiyi halda dərhal silinməlidir”.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










