
Beynəlxalq Dəniz Günü və “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Dübəndi sahilində təmizlik aksiyası keçirilib.
“Təmiz sahillər” devizi altında təşkil olunan iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “AzEkol” şirkətinin nümayəndələri, könüllülər və məktəblilər iştirak edib.
AZƏRTAC xəbər verir ki, 100-dən çox iştirakçının qatıldığı aksiya zamanı 6 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.
Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










