
Sentyabrın 5-də “TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










