“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.
Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir. Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.
Təlimlər sentyabrın 17-dək davam edəcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










