
Azərbaycanla Türkiyə arasındakı tranzit yolun inşa edilməsini həsrətlə gözləyirik. Tranzit yolu açılarsa, Türkiyədən Qarabağa çoxsaylı səyahətlər olacaq. Qarabağda böyük layihələr həyata keçirilə bilər. Orada hər cür turistik fəaliyyət üçün çox yaxşı imkanlar var. Türk turistlər müxtəlif yerlər axtarırlar və Qarabağ bizə daha yaxındır. Gözəl təbiəti olan bu ərazilər səyahət etmək üçün çox yaxşı yerlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında türk səyyah Uğur Demircan söyləyib.
“İşğaldan azad edilmiş ərazilərdə gördüklərimiz bizi dəhşətə gətirdi. Qarabağda ermənilərin törətdiyi vandalizmi dəhşətlə izlədim. Belə görüntülər insanları vahiməyə salır. Xüsusilə Ağdamda baş verənlər mənə çox pis təsir etdi. Yüz min əhalisi olan bir yerin bu hala gəlməsi çox dəhşətlidir. Mən hətta bu şəhərin dağıntılarla belə halda qalmasını təklif etdim ki, beynəlxalq ictimaiyyət buna şahid olsun.
Dünyaca məşhur səyyahların işğaldan azad olunmuş Qarabağa gəlməsi, erməni vandalizminə şahidlik etməsi təqdirəlayiq haldır”, – deyən Uğur Demircan uzun illər işğalda olan ərazilərin indi sürətlə abadlaşdırıldığını vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










