
Bakı-Qroznı səfərini həyata keçirən sərnişin təyyarəsinin bu səhər Qazaxıstanın Aktau şəhəri yaxınlarında qəzaya uğramasından dərin kədər hissi keçiririk.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaydığı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Bu faciəvi hadisədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə təcili şəfa diləyirik. Bu çətin günlərində azərbaycanlı və qazaxıstanlı qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”.
















“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub











