
Son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb. Doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.
Qardaş ölkədə hər il orta hesabla 2500-3000 yanğın faktının qeydə alindığını deyən nazir, keçən il səkkiz böyük yanğın hadisəsinin meydana gəldiyini deyib.
“Yanğınsöndürənlərimiz yorğundurlar, lakin, qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik. Bu gün havanın rütubəti 10 faizə enəcək. Daha da diqqətli olmalıyıq. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq”, – deyə B.Pakdemirli vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









