
28 May – Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.
Səfir və onu müşayiət edən şəxslər Rustavi şəhərində də Ulu Öndərin büstünü ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










