
Ötən illərdən fərqli olaraq bu il IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı doqquz gün davam edəcək. Ənənəvi olaraq hər gün bir ölkəyə həsr olunur. Azərbaycana həsr ediləcək gün mayın 28-nə – Müstəqillik Gününə təsadüf edəcək. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.
Bunu AZƏRTAC-a müsahibəsində festivalın təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza deyib.
“Festivalda endirimli kitablar, sərgi və satış yarmarkaları var. Ümumiyyətlə, festivalın proqramı zəngindir: əyləncəli proqramlar, elmi müzakirələr, kitab təqdimatları, yubiley tədbirləri. Bütün türksoylu ölkələrdən, o cümlədən Macarıstandan 20-dən çox tanınmış alim və qələm adamı qonağımız var. Sərgidə bütün türk dünyası ədiblərinin əsərlərinə rast gəlmək mümkündür. Burada həssas qrupdan olan vətəndaşlar həm əsərlərini, həm də əl işlərini sərgiləyirlər.
Kitablar arasında vətənpərvərlik mövzusunda əsərlər də kifayət qədərdir. Həm Prezident İlham Əliyevin siyasətinə, həm Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə, həm də Şanlı Zəfərimizlə həsr olunan kitablar da sərgilənir”, – deyə X.Rza bildirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










