
İyul ayının ikinci ongünlüyünün sonunadək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şimal-qərb küləyinin əsəcəyi, sürətinin iyulun 17-si axşamdan 21-i gündüzədək 15-18, arabir 20-23 metr/saniyə olacağı, iyulun 20-21-də yarımadanın bəzi yerlərində arabir saniyədə 25 metrədək güclənəcəyi proqnozlaşdırılır.
İyul ayının ikinci ongünlüyünün sonunadək Azərbaycanın bəzi rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.
Qərb küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq, iyulun 17-si axşamdan 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










