Xankəndi – Azərbaycan Respublikasında şəhər. Qarqar çayı sahilində , Qarabağ silsiləsinin şm.-ş. ətəyində yerləşir, Bakıdan 329 km aralıdır. Sahəsi 8 km2, əh.54,8 min nəfərdir. Kərkicahan qəs. Xankəndi ş.-nin yeganə inzibati vahididir.
İqlimi mülayim-istidir. Orta temp-r yanvarda – 0,2ºC, iyulda 22,4ºC-dir. İllik yağıntı 535 mm-dir. Şəhərin bünövrəsini Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan qoyduğundan Xankəndi adlanmışdır. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdən sonra buraya gəlmə ermənilər yerləşdirilmişdir. 1923-cü ildə erməni şovinistlərinin təzyiqi ilə kəndə Stepan Şaumyanın adı verilmişdir (Stepanakert). 1991 ildə ş.-in tarixi adı özünə qaytarılmışdır.
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi, Bakı, 2007, s.849
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











